AZ

İsveçrədə Ukrayna üzrə sammitin məqsədi Rusiyanın danışıqlara cəlb edilməsi olub



İyunun 15-16-da İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək konfransın məqsədi Rusiyanı gələcək danışıqlara cəlb etmək olacaq. Bu barədə Bloomberg sammitin yekunlarına dair sənəd layihəsinə istinadən yazır.Agentlik yazır ki, layihədə nüvə və ərzaq təhlükəsizliyi, habelə hərbi əsirlərin mübadiləsi kimi sahələr qeyd olunur. Aydınlaşdırılır ki, münaqişənin həllində bütün tərəflər iştirak etməlidir.

Mətndə deyilir: “Biz Rusiya Federasiyasının nümayəndələrinin gələcəkdə də cəlb edilməsi ilə yuxarıda qeyd olunan sahələrdə etimadın möhkəmləndirilməsinə xidmət edə biləcək konkret addımlar atmağa razılaşdıq.Qeyd olunur ki, danışıqlar zamanı dəyişdirilə bilər.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyanın iştirakı olmadan Ukraynada sülhə nail olmaq üçün edilən bütün cəhdlər vaxt itkisidir. Peskovun sözlərinə görə, buna görə də Rusiya Ukrayna ilə bağlı sammitdə iştirakdan imtina edən Çinin mövqeyini dəstəkləyir, çünki orada münaqişənin bütün tərəfləri bərabər şəkildə təmsil olunmayacaq.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
12
aia.az

10Mənbələr