AZ

İsveçrə Fələstini tanımır

İsveçrə Milli Şurasının üzvləri Fələstin dövlətinin tanınması təklifini dəstəkləməyiblər.

 

Oxu24.com  İsveçrə parlamentinin mətbuat xidmətinə istinadən  xəbər verir ki, onun tanınmasının lehinə 61, əleyhinə isə 131 səs verilib.


"Milli Şura Fələstini tanımaq istəmir. Çərşənbə axşamı Sosial Demokrat Partiyasının (SDP) Sürixdən olan deputatı Fabian Molinanın irəli sürdüyü müvafiq təşəbbüsü rədd edib", - bəyanatda deyilir.

 

Müzakirələr zamanı İsveçrənin xarici işlər naziri İqnazio Kassis təklif olunan qətnamə layihəsinin qəbul edilməsinin əleyhinə çıxış edib.

 

O izah edib ki, Bern Yaxın Şərqdə iki dövlət prinsipi əsasında nizamlanmanın tərəfdarıdır.

 

Nazir qeyd edib ki, Qəzza zolağındakı hazırkı müharibəni nəzərə alaraq, Fələstinin bir dövlət kimi tanınmasının vaxtı hələ çatmayıb.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
4
oxu24.com

10Mənbələr