AZ

“Bu o demək deyil ki, Brilliant məni, mən də onu söyməliyəm”

"İnsanlar var ki, onların ulduzları heç cürə barışmır. Dəfələrlə demişəm, həm sənətdə, həm bir qadın, ana, həyat yoldaşı, həm də kiminsə rəfiqəsi və dostu kimi bütün yolları hamar, gözəl, uğur olsun. Gümüş dalınca gedib, qızıl tapsın. Bunu səmimi qəlbdən, sidq-ürəkdən arzulayıram. Çünki Brilliant Dadaşova ilə bağlı həyatımda bir dirəniş nöqtəm yoxdur. Çox dibinə kimi getsək, bizim bir düşmənimiz var. Ona da qalib gəldik, başına yumruq vurduq". 

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Xəbərin var?" maqazin verilişində deyib. 

Sənətçi uzun illərdir onunla düşmən mövqeyində olan həmkarı Xalq artisti Brilliant Dadaşova ilə gərqin münasibətlərindən söz açıb. 

Ağayev Dadaşova ilə nə zamansa barışıb-barışmayacağına belə cavab verib:  

"Brilliant heç zaman düşmənim ola bilməz. Çünki öz millətimdən, canımdandır... Ulduzlarımız barışmır, amma bu, faciə deyil. Bu o demək deyil ki, dayanmadan Brilliant məni, mən də onu söyməliyəm. Bu çox ayıb olar. Yaxşı sənətçini vurmaq olmaz. Brilliantın oğlunun toyu olsa, gedib orada çıxış edərəm. "Cavad" adlı bir mahnım var. Onu dəyişib "Cahad" edib, oxuyaram".


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
12
yenisabah.az

10Mənbələr