AZ

AEBA İrana qarşı qətnamə qəbul edərsə, Tehran cavab verməyə hazırdır

Hurriyyet.az

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İrana qarşı qətnamə qəbul edərsə, Tehran buna mütləq cavab verəcək.

Bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Çaharmahal və Bəxtiyari vilayətinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Tərəflər İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) üzrə öhdəliklərinə qayıtmasalar və hərəkətə keçməsələr, biz də öhdəlikləri azaldacağıq. Hazırda öhdəliklərin azaldılması mərhələsindəyik. Tərəflər Agentliyin Rəhbərlər Şurasında qətnamə çıxarsalar, mütləq cavab verəcəyik”, - o qeyd edib.

Qeyd edək ki, Böyük Britaniya, Almaniya və Fransa AEBA-nın Rəhbərlər Şurasına İranı agentliklə əməkdaşlığa və bəyan edilməmiş nüvə obyektlərində aşkar edilmiş uran izlərini izah etməyə çağıran qətnamə layihəsi təqdim ediblər.

Qətnamədə AEBA müfəttişlərinin nümunələr götürməsinə icazə verilməsi tələb edilib, İranı ilə agentlik arasında 2023-cü il mart tarixli birgə bəyanatın şərtlərinə əməl etməyə çağırılıb./APA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
19
hurriyyet.az

10Mənbələr