AZ

"Brent" markalı neftin qiyməti son dörd ayın ən aşağı səviyyəsinə düşdü

"Brent" markalı neftin bir barelinin qiyməti fevralın əvvəlindən bəri ilk dəfə olaraq 78 dollardan aşağı düşüb.

Bu barədə "Bloomberg"in ticarət məlumatlarından aydın olub.

Belə ki, WTI markalı neftin iyul füçersləri 1,68% ucuzlaşaraq bir barelinin qiyməti 72,97 ABŞ dolları olub.

"Brent" markalı neftin avqust füçersləri isə 1,43% ucuzlaşaraq bir barelinin qiyməti 77,24 ABŞ dolları təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
2
hakimiyyet.az

10Mənbələr