AZ

Bərdə və Göygöldə məişət zorakılığına qarşı layihəyə strat verilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnkişaf Təşəbbüsləri” İctimai Birliyi “Bərdə və Göygöl rayonlarında məişət zorakılığı ilə mübarizə” adlı layihəyə start verib.

Bu barədə Azpost.info-ya məlumat verən “İnkişaf Təşəbbüsləri” İctimai Birliyi­nin sədri Ziba Quliyeva bildirib ki, iyunun 1-dən başlayan layihənin ideyası məişət zorakılığı haqqında əhalinin məlumatlılığını artırmaq və bu cür halların qarşısının alınmasına dəstək verməkdir: “Layihədə məişət zorakılığı mövzusunda dəyirmi masalar keçiriləcək. Dəyirmi masa maarifləndirmə tədbirlərində məişət zorakılığının növləri və qabaqlayıcı tədbirlər, eləcə də mövcud xidmətlər və problemlərin həlli yolları haqqında məlumat veriləcəkdir”.

QHT sədri həmçinin bildirib ki, təşkilat 2009-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, məqsəd neqativ halların aradan qaldırılması, qadın və qızların sosiallaşması və təhsilə davam etməsidir: “2010-cu ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə qızların məktəbə davamiyyətini artırmaq və təhsil səviyyəsini yüksəltmək üçün layihə icra etdik. 2012-2013-cü illərdə BMT Uşaq Fondu ilə “Uşaq evliliyinə yox deyək!” layihəsini Lənkəran və Masallıda həyata keçirdik. 2016-cı ildə Bakıda məcburi köçkün icmalarında “Erkən nikahların qarşısının alınması” layihəsini reallaşdırdıq. Hazırda Bərdə və Göygöl rayonlarında məişət zorakılığı ilə mübarizə layihəsi üzərində çalışırıq. Bu layihənin məqsədi qadın və qızların, icma üzvlərinin məlumatlılığını artırmaq və məişət zorakılığının qarşısının alınmasına dəstək verməkdir. Layihə iyunun 1-dən avqustun 31-dək davam edəcək və müxtəlif maarifləndirmə tədbirləri, “dəyirmi masa”lar təşkil ediləcək”.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
6
azpost.info

6Mənbələr