AZ

Mirzoyan: "Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı narahatlıqları var"

Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir.

Xezerxeber.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlament komissiyalarının birgə iclasında deyib.

O qeyd edib ki, Azərbaycanın da, Ermənistanın da Konstitusiya ilə bağlı narahatlıqları var.

"Bu, uzunmüddətli sülhə maneədir. Lakin Ermənistanın Konstitusiyanı dəyişməsi Azərbaycanın tələbi ilə baş vermir, bu, Ermənistanın daxili işidir”, - Mirzoyan bildirib. 

Mirzoyan onu da əlavə edib ki, Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərdə qarşılıqlı anlaşma mövcuddur və hazırda bu razılaşmaları icra etmək zamanıdır.

Seçilən
102
50
xezerxeber.az

10Mənbələr