AZ

"Müharibə əlilləri və şəhid ailələrinin maarifləndirilməsi" layihəsinə start verilib

Azərbaycan Respublikasının Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi"Müharibə əlilləri və şəhid ailələri ilə iş" adlı layihənin icrasına başlayıb.

QHT.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən Məlahət Abdullayeva məlumat verib. Məlumatda qeyd olunub ki, üç ay davam edəcək layihə zamanı Vətənimizin azadlığı uğrunda Birinci və İkinci Qarabağ müharibəsi, Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunması ilə nəticələnən Azərbaycan Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilən lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində şəhid olmuş igidlərimizin ailə üzvlərinin, müharibə veteranları və əlilləri, eləcə də müxtəlif dərəcəli əlilliyi olan şəxslərin mövcud problemləri öyrəniləcək, tibbi-sosial problemlərinin həllində onlara aidiyyəti dövlət təşkilatları vasitəsi ilə köməklik göstəriləcək.

Bundan əlavə şəhid ailələri, müharibə veteranları və əlilləri, imtiyazlı şəxslər və bütün kateqoriyadan əlilliyi olan insanların hüquqi maarifləndirilməsi məqsədi ilə dövlət qurumlarının məsul əməkdaşlarının dəvət olunacağı televiziya verilişləri təşkil olunacaq, həmçinin 4000 illik tarixə malik Yardımlı rayonunun Perimbel kəndində şəhid ailələri, qazilər və bütün kateqoriyadan olan əlilliyi olan insanlarla görüşərək problemləriöyrəniləcək və həllinə köməklik göstəriləcək. Onları maraqlandıran suallar cavablandırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
turkustan.az

10Mənbələr