AZ

“Suyum AZ” şirkətinə qarşı ittiham – Ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmayıb

“Suyum Az” şirkəti iqtisadi fəaliyyət qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir. 

Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə iş başlanıb. 

İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. 

430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Suyum Az” MMC-nin  “Linkedin” hesabında qeyd edilib ki, şirkət zəmanətli su filtrləri, su təmizləmə stansiyaları və çirkab su təmizləmə stansiyalarının satışını və texniki xidmətini həyata keçirir.

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
4
valyuta.az

10Mənbələr