Bu il iyunun 1-nə Azərbaycanda pul bazası 19 milyard 948 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,2% azdır.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 4,45% azalıb, son 1 ildə isə 15% artıb.