AZ

Mətanət İsgəndərli keçmiş gəlininə ev aldı - VİDEO

Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Cananaya  ev bağışlayıb.

Qlobal.net yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində qonaq olan Canana danışıb.

O, hazırda övladları ilə birgə Mətanət İsgəndərlinin onlara aldığı evdə yaşadığını bildirib:

"Hər zaman Mətanət xanımın hörmətini saxlayıram. O, mənim anamdır. Artıq mən Mətanət xanımın evində qalıram. Uşaqlarımın yanındayam. Bizə Mətanət xanım ev də alıb. Sağ olsun! Kaş ki onunla aramızda bu kimi söhbətlər olmazdı. Lənət şeytana!" 

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların 3 övladı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
9
qlobal.net

10Mənbələr