AZ

Musiqi və incəsənət məktəblərinə işə qəbul üzrə test imtahanının nəticələri açıqlanıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanının nəticələri elan olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müvafiq imtahan 2 iyun 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi və Mədəniyyət Nazirliyi tərəfindən keçirilib.
İştirakçılar imtahan nəticələri və cavab kartlarının qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar ("Azercell", "Bakcell", "Nar", "Naxtel") vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 1 044 nəfərdən 21-i imtahana gəlməyib.
Direktor vә direktor müavinlәrinin imtahanında namizədlərə 100, müәllimlәrin imtahanında isə 70 test tapşırığı tәqdim olunub. Hәr düzgün cavab bir balla qiymәtlәndirilir.
Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılırlar.
İmtahan nəticələri ilə bağlı apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2024-cü il 5 iyun saat 10:00-dan 7 iyun saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
İmtahan haqqında ümumi məlumat və müsabiqə şərtləri ilə buradan tanış ola bilərsiniz.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
16
oxu.az

7Mənbələr