AZ

Ukrayna СОР29-da fəal iştirak edəcək - Səfir

Ukrayna СОР29-da fəal iştirak edəcək.

Trend xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfiri Yuri Qusev Bakıda keçirilən mətbuat konfransında deyib.

"Ukrayna Azərbaycanın bu il keçiriləcək İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək ölkə olaraq seçilməsini alqışlayır. Dünya səviyyəsində bu cür irimiqyaslı tədbirin Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq ictimaiyyətdə rolunun getdikcə artdığından xəbər verir. Bu barədə Ukraynanın ekologiya nazirinin ötən həftə baş tutan səfəri çərçivəsində bəhs olunub. Azərbaycan Respublikasının ekologiya naziri ilə aparılan danışıqlarda COP29-un Bakıda keçirilməsinin təfərrüatı müzakirə edilib. Ukrayna bu tədbirdə fəal iştirak etmək niyyətindədir", - o deyib.

Səfir Ukrayna və Azərbaycanın energetika sahəsində irimiqyaslı layihələrin icrası kimi strateji məqsədləri olduğunu qeyd edib.

"Azərbaycanla əməkdaşlığın enerji sektorunda irimiqyaslı layihələrin icrasına yönəlmiş strateji məqsədləri var. Xüsusən Ukraynanın Cənub Qaz Dəhlizində perspektiv iştirakı mühüm istiqamətdir. "Yaşıl" enerji və bu sahədə əməkdaşlığa dair geniş imkanlarımız var", - deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.


BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
50
ekologiya.az

10Mənbələr