AZ

Böyük Britaniya kəşfiyyatı iki çinli məmuru əməkdaşlığa cəlb edib

Böyük Britaniyanın MI6 xarici kəşfiyyat xidməti ÇXR-in mərkəzi dövlət qurumlarının iki əməkdaşını işə qəbul edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Çin Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Departamentin WeChat sosial şəbəkəsindəki səhifəsində qeyd edildiyi kimi, bununla da “böyük casusluq hadisəsi” üzə çıxarılıb. MI6 ilə əməkdaşlıq etməkdə təqsirli bilinənlər əvvəllər ikitərəfli təhsil mübadiləsi proqramı çərçivəsində Böyük Britaniyada təhsil almış Vanq soyadlı Çin vətəndaşı və onun həyat yoldaşıdır.

DTN-ninn məlumatına görə, birinci mərhələdə Vanq Britaniya tərəfinə yüksək ödəniş müqabilində qondarma konsaltinq xidmətləri göstərib. Daha sonra o, Mİ6-da peşəkar təlim keçib və Çinə göndərilib. Daha sonra Britaniya kəşfiyyatı onun Çjou soyadlı həyat yoldaşını da işə götürüb.

Hərtərəfli gizli araşdırma Vanq və Çjounun Britaniya kəşfiyyatına işlədiyinə dair güclü dəlillər ortaya çıxarıb. Beləliklə, qeyd edilir ki, London Çinin milli təhlükəsizliyinə xələl gətirən addımlar atıb.

Onu da qeyd edək ki, Çində belə cinayətlərdə ittiham olunan şəxsləri ağır cəza gözləyir.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
musavat.com

10Mənbələr