AZ

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının vaxtı açıqlandı

İyunun 7-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək.

Azerforum xəbər verir ki, bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Xatırladaq ki, Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb. Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 80 deputat növbədənkənar sessiyanın çağırılması üçün parlamentin sədrinə müraciət edib və iyun ayında parlamentin növbədənkənar sessiyası olacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
565
28
azerforum.com

10Mənbələr