AZ

Əmək münasibətlərində şəffaflığı necə təmin etməli?

"Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Əmək münasibətlərində şəffaflığın təmin edilməsində əmək müqaviləsinin əhəmiyyəti” adlı layihə həyata keçirir.

Layihə çərçivəsində növbəti məlumatlandırma-maarifləndirmə tədbiri iyun ayın 1-də Mingəçevir şəhərində təşkil edilib.

Təşkilatdan bildirilib ki, tədbirdə əmək müqaviləsi bağlanmasının əhəmiyyəti, əmək müqaviləsi bağlanmamasının səbəbləri və fəsadları, Əmək və vergi qanunvericiliyinin qeyr-rəsmi əmək bazarının həcminin məhdudlaşdırlmasına mane olan müddəaları, həmçinin əmək müqavilələri əvəzinə mülki-hüquqi müqavilələrin bağlanmasının mənfi təsirləri və s. mövzuda müzakirələr aparılıb.

Tədbirdə mövzu ilə bağlı prezentasiya təqdim ediliib, iştirakçıların sualları cavbladırılıb.

Məlumatlandırma-maarifləndirmə ilə bərbər ehtiyacı olan vətəndaşlara yerindəcə hüquqi yardım göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
turkustan.az

2Mənbələr