AZ

Bakının iki rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bu gün paytaxtın Sabunçu və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bizimyol.info xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumatda bildirilib. Qeyd edilir ki, iyunun 3-də saat 10:00-dan etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində yeraltı qaz xəttinin tıxaclanması, Yeni Ramana qəsəbəsində və saat 11:00-dan Qaradağ rayonunun Ələt qəsəbəsində orta təzyiqli qaz xətlərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Neftçilər, N.İsmayılov, Sülh küçələrinin, Ramana qəsəbəsinin Deputat, Tolstoy, Qarayev, Bünyatzadə küçələrinin və Qaradağ rayonunun Ələt qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
49
bizimyol.info

10Mənbələr