AZ

AYİB COP29-un uğurunu təmin etmək üçün Azərbaycanla sıx əməkdaşlıq etməyə hazırdır - Alkis Drakinos (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) COP29-un dayanıqlıinkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahələrində ümumiməqsədlərin əldə olunmasına səbəb olan uğurlu və səmərəli tədbirolması üçün Azərbaycanla sıx əməkdaşlıq etməyə hazırdır.

Bu barədə Trend-ə özəl müsahibəsində AYİB-in Qafqaz üzrəregional direktoru Alkis Vrienios Drakinos deyib.

"Bakıdakı, eləcə də, müxtəlif ölkələrdəki komandamız Azərbaycanımilli, regional və qlobal səviyyələrdə "yaşıl" maliyyələşdirmənisəfərbər etmək üçün konfransın yaratdığı mkanlardan istifadədədəstəkləyəcək", - o deyib.

Drakinos qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə vədayanıqlı inkişaf məqsədlərinin əldə olunması üzrə tədbirlərintəşviqində Azərbaycanın rolu getdikcə daha böyük önəm kəsbedir.

"Ölkə Qafqazda günəş və külək enerjisi imkanlarının yerləşməsiüzrə lider mövqe tutub və AYİB buna kömək göstərilməsində mühüm roloynayıb. Azərbaycanda ən böyük institusional investor və regiondaiqlim maliyyələşdirməsi üzrə lider olaraq, iddialı dekarbonizasiyaproqramının icrasında ölkənin təbii tərəfdaşıyıq", - regionaldirektor deyib.

AYİB nümayəndəsi əlavə edib ki, ötən il Qaradağda ilk ümumitəyinatlı günəş elektrik stansiyasına investisiya qoyuluşundansonra bank bu yaxınlarda Abşeron və Xızı rayonlarında ilk ümumitəyinatlı özəl külək elektrik stansiyasının tikintisinimaliyyələşdirib.

"Həmçinin, flaqman "Yaşıl şəhərlər" proqramımız çərçivəsindəGəncə şəhərində enerji səmərəliliyini artırırıq. Siyasətə gəlincə,bərpa olunan enerji mənbələri üzrə hərraclar üzrə əməkdaşlığımızQaradağda günəş elektrik stansiyası layihəsinin planlaşdırılaninkişafına səbəb oldu. Biz indi bu impulsu inkişaf etdirməyə yardımetmək istəyirik və hesab edirik ki, COP29 əla fürsətdir",- Drakinosdeyib.

Azərbaycanda bərpa olunan enerji mənbələri üzrəhərracların keçirilməsində AYİB-in rolu

Regional direktor bildirib ki, AYİB bərpa olunan enerjimənbələri (BEM) üzrə hərraclarının uğurla keçirilməsini təmin etməküçün etibarlı hüquqi-normativ bazanın işlənib hazırlanmasındaAzərbaycan Respublikası Energetika Nazirliyinə dəstək göstərir.

"Biz hərracları dəstəkləyirik, çünki rəqabət və şəffafprosedurlar sayəsində benefisiar ölkələr yüksək keyfiyyətlibeynəlxalq sövdələşmə iştirakçılarından maksimum sərfəli qiymətlərəldə edir. Bu hərracların müvəffəqiyyətini və səmərəliliyini təminetmək üçün AYİB Energetika Nazirliyinə etibarlı normativ-hüquqibazanın işlənib hazırlanmasına dəstək göstərir. Buraya, müsabiqəlitenderlərin keçirilməsi üçün lazımi əsas təmin edən bərpa olunanenerji mənbələri haqqında yeni qanuna töhfə verilməsi daxildir.Özbəkistan, Albaniya və Serbiya kimi ölkələrdə analoji hərraclaradəstək təcrübəmiz göstərdi ki, bu cür mexanizmlər özəl sektorunmaliyyələşdirilməsində və layihələrin yüksək keyfiyyətlə icrasındaçox uğurludur", - o deyib.

Onun sözlərinə görə, Qaradağ günəş elektrik stansiyasınınlayihəsi üzrə ilk hərracın işə başlaması Azərbaycanın "yaşıl"enerji gündəmini əsaslı şəkildə dəyişdirərək, ölkənindekarbonizasiya və energetikanın dayanıqlı inkişafı yolunda mühümmərhələni əks etdirir.

"Bu hərracların əsas məqsədi bərpa olunan enerji üzrə kommunalmiqyaslı layihələrə özəl investisiyaların cəlb edilməsi,Azərbaycanın elektrik enerjisi istehsalı üzrə quraşdırılmışgüclərində bərpa olunan enerji mənbələrinin payının artırılmasıdır.Rəqabətli və şəffaf satınalma prosesinin inkişafına imkanyaratmaqla ən yaxşı layihələrin seçilməsini təmin etməyə çalışırıqvə bununla həm innovasiyalara, həm də sektorda səmərəliliyə imkanyaradırıq", - o deyib.

AYİB nümayəndəsi bu cür hərracların məqsədlərindən danışıb.

"Onlar Azərbaycanın enerji balansını şaxələndirmək, qazıntıyanacağından asılılığı azaltmaq və ölkəyə iqlim sahəsindəbeynəlxalq öhdəliklərini yerinə yetirməkdə kömək göstərmək üçünnəzərdə tutulub. Bu, xüsusilə indi, ölkə bu ilin sonunda BakıdaCOP29 iqlim konfransına ev sahibliyi etməyə hazırlaşdığı birzamanda aktualdır. Bərpa olunan enerji mənbələrinə investisiyalar,həmçinin, iş yerlərinin açılması və enerji sektorunda texnolojinailiyyətlərin təşviqi hesabına iqtisadi artımı vədiversifikasiyanı stimullaşdıracaq. AYİB Azərbaycanın bərpa olunanenerji mənbələri sahəsində ambisiyalarını dəstəkləməyə sadiq olaraqqalır və bu istiqamətdə əməkdaşlığın davamına ümid edir", - deyə oəlavə edib.

Orta Dəhliz vasitəsilə bağlantılarınqurulması

Drakinos qeyd edib ki, AYİB Transxəzər Beynəlxalq NəqliyyatMarşrutu (TBNM və ya Orta Dəhliz) boyunca əlavə layihələridəstəkləmək imkanını də nəzərdən keçirəcək.

"AYİB tələbə yönəlmiş qurum olaraq, Orta Dəhliz boyunca əlavəlayihələri dəstəkləmək imkanını nəzərdən keçirəcək, lakin bulayihələr maliyyələşdirmə üçün məqbul olmalı və bizim idarəetmə,şəffaflıq, ətraf mühit və satınalma standartlarımıza cavabverməlidir. Tranzit, ticarət və enerji potensialı, yaxud eynisektorlardakı infrastruktur boşluqları ilə bağlı bu layihənidəstəkləmək üçün məqbul layihələr üç Cənubi Qafqaz ölkəsindən hərhansı biri, eləcə də, Mərkəzi Asiya tərəfindən nəzərdən keçirilməsiüçün AYİB-ə təqdim oluna bilər", - regional direktor deyib.

Onun sözlərinə görə, AYİB uzun illər ərzində bankın mövud olduğubütün 38 ölkə arasında bağlantının təmin edilməsinə yönəlmişlayihələri dəstəkləyib.

"Bağlantı ölkə strategiyalarımızın əksəriyyətində prioritetmövzudur. Bağlantını iqtisadi artımın və tərəqqinin əsas amili,eləcə də, ölkələr və xalqlar arasında qarşılıqlı anlaşma vəəməkdaşlığı möhkəmləndirmək vasitəsi olaraq görənlərə qoşuluram", -deyə o qeyd edib.

O, həmçinin, Cənubi Qafqazın bu prosesdə xüsusi rol oynadığınıqeyd edib.

"Cənubi Qafqazın bütün sektorlarda, o cümlədən, bərpa olunanenerji sahəsində beynəlxalq ticarətin əhəmiyyətli dərəcədəartırılmasında Asiya və Avropa birləşdirən körpü olaraq katalizatorrolu oynamaqla, eləcə də, region ölkələri daxilində stratejiəhəmiyyətini tam anlayırıq. Xüsusən Azərbaycanın coğrafi mövqeyi,infrastruktur şəbəkələri, iqtisadi dayanıqlığı, zəngin təbiiehtiyatları və bərpa olunan enerji mənbələri potensialı ölkəninOrta Dəhlizin mərkəzində yer almasına səbəb olur", - regionaldirektor deyib.

AYİB nümayəndəsi bankın bugünədək tranzit potensialınınartırılmasında Azərbaycanı dəstəklədiyini, Azərbaycan Dövlət XəzərDəniz Gəmiçiliyi (ASCO) QSC üçün iki gəminin satın alınması üçün38,7 milyon avroluq maliyyə paketi imzaladığını əlavə edib.

Gəmilər Qara dənizdə hərəkət edərək, Cənubi Amerikadan Gürcüstanlimanları vasitəsilə, daha sonra Bakı limanında yük maşını və yaqatarlarla Xəzər dənizindən keçərək son təyinat məntəqəsinə -Mərkəzi Asiyaya ərzaq məhsulları daşıyacaq.

Cənub Qaz Dəhlizinin gələcək maliyyələşdirilməimkanı

Regional direktorun sözlərinə görə, AYİB, həmçinin, Cənub QazDəhlizinin (CQD) gələcək genişləndirilməsinin maliyyələşdirilməsiimkanını də nəzərdən keçirə bilər.

"Azərbaycan otuz ildir ki, AYİB-nin tərəfdaşıdır. Keçmişdə AYİBCQD-ni əsas komponentlərini maliyyələşdirməklə layihənidəstəkləyib. Anlayırıq ki, CQD-nin imkanları genişləndirilə bilərvə Azərbaycan hökuməti dəhlizin daha da genişləndirilməsi barədəqərar qəbul edərsə, bizə müraciət olunarsa, layihədə iştirakimkanını nəzərdən keçirə bilərik", - o deyib.

Drakinos qeyd edib ki, AYİB iqlim dəyişikliyinin nəticələrininyüngülləşdirilməsi və "yaşıl" iqtisadiyyata keçidin mühümprosesləri qismində onlara adaptasiyanı nəzərdən keçirir: "Buperspektivi nəzərə alaraq ölkələrimizdə çətin çıxarılan ehtiyatlarsahələrinin üzləşdiyi çətinlikləri qəbul edirik".

O bildirib ki, maliyyələşdirilməsi üçün layihə Paris sazişininməqsədlərinə və bankın qazıntı yanacaqlarına dair mövqeyinə cavabverməlidir.

"Buraya karbon qazı emissiyaları riskinin azaldılmasını və aşağıkarbonlu qazın nəqlinə yardımı nəzərdə tutan meyarlara ciddi riayətedilməsi daxildir. Potensial olaraq, CQD üzrə istənilən gələcəkəməkdaşlıq, ola bilsin ki, aşağı karbonlu qazları nəql etməkimkanlarının nümayişini və gələcəkdə bu tələblərə cavab verilməsiüçün etibarlı infrastrukturun təmin edilməsini tələb edəcək", -deyə Drakinos aydınlıq gətirib.

"AYİB, dəstəklədiyimiz istənilən investisiyanın dayanıqlı vəaşağı karbonlu gələcəyə səbəb olmasına çalışır. Bu isə o deməkdirki, CQD-nin genişləndirilməsi kimi layihələr nəinki cari enerjitələbatını qarşılamalı, həm də ekoloji cəhətdən təmiz enerjisahəsində gələcək tələblətə cavab verməlidir", - deyə o əlavəedib.

AYİB-in Azərbaycan üzrə yeni ölkəstrategiyası

Regional direktor bildirib ki, AYİB neft, qaz və qazıntıyanacağı ilə əlaqəli olmayan sektorları möhkəmləndirməkləAzərbaycan iqtisadiyyatının gələcək diversifikasiyasınıdəstəkləməyi planlaşdırır.

"Bugünədək AYİB ümumi dəyəri 3,8 milyard avro olan 190 layihəyəinvestisiya qoymaqla Azərbaycanın iqtisadi inkişafını dəstəkləyib.Bu maliyyə vəsaitinin böyük hissəsi Azərbaycanın, o cümlədən,enerji sektorunda dayanıqlı infrastrukturunun inkişafına yönəlib.İnvestisiyalarımızın illik səviyyəsi Azərbaycanın özəl və dövlətsektorları tərəfindən maliyyələşdirilməsi məqbul layihələr üzrəsorğularından asılı olaraq dəyişir", - o deyib.

Onun sözlərinə görə, bank özəl sektorda əməliyyatların payınınartırılmasında maraqlıdır.

"Yaxın illərdə, o cümlədən, artan tərəfdaş banklar şəbəkəmizvasitəsilə özəl sektorun inkişafına, Orta Dəhlizin inkişafına,eləcə də, iqlim dəyişikliyi ilə bağlı qlobal problemin həllinə,əsasən, bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı vənəticədə milli elektrik şəbəkəsinin yaxşılaşdırılması hesabınainvestisiyalar əsasən prioritet istiqamətlərimiz olacaq.

Bütün əməliyyatlarımızda öz prioritetlərimiz və stratejiistiqamətimizə uyğun olaraq ekoloji keçid, inklüzivlik vərəqəmsallamanı dəstəkləməyə davam edəcəyik. Yuxarıda qeyd olunanistiqamətlər Azərbaycan üzrə 2024-2029-cu illəri əhatə edəcəkgələcək ölkə strategiyamızda öz əksini tapacaq", - deyə Drakinosbildirib.

AYİB nümayəndəsi, həmçinin, bankın Azərbaycan hökuməti və özəlsektorla Ölkə Strategiyasının prioritet mövzuları üzrə danışıqlarapardığını qeyd edib.

"2024-cü ilin sonunda bu prosesi başa çatdırmağı və ölkəstrategiyasını təsdiqlənməsi üçün səhmdarlarımıza təqdim etməyinəzərdə tuturuq", - deyə o əlavə edib.

Drakinos AYİB-in Azərbaycanla 30 illik tərəfdaşlığının növbətimüsbət mərhələdə olduğunu və razılaşdırılmış strateji istiqamətlərüzrə əməkdaşlığın perspektiv təkmilləşdirilməsinə kömək edənmütəmadi yüksək səviyyəli görüşlərin buna şərait yaratdığını əlavəedib.

"Orta və uzunmüddətli perspektivdə Azərbaycanla tərəfdaşlığımızölkə üzrə 2024-2029-cu illəri əhatə edən strategiyamızda bütünlükləəksini tapacaq. Strategiyanın prioritet mövzularına özəl sektoruninkişafına, dövlət müəssisələrinin idarə olunmasınıntəkmilləşdirilməsi və siyasətinin kommersiyalaşdırılmasına, OrtaDəhlizin uğurlu inkişafı kimi regional problemlərin, habelə iqlimdəyişikliyi kimi qlobal probmelərin həlli üçün investisiyaların vəislahatların dəstəklənməsinə yönəlmiş islahatlara yardım daxilolacaq. Bu kontekstdə yaxın gələcəkdə əməkdaşlıq artıq bu ilinnoyabrında Bakıda COP29-un uğurla keçirilməsinə dəstəyi əhatəedir", - deyə Alkis Vrienios Drakinos sonda bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
67
2
az.trend.az

3Mənbələr