AZ

Portuqaliyada keçirilən aviaşouda iki təyyarə toqquşub

Portuqaliyanın cənubundakı Beja şəhərində aviaşouda iki təyyarənin toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "CNN Portugal" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, təyyarələr "Yak-52"ni idarə edən portuqal və ispan pilotlardan ibarət "Yakstars" komandasının tərkibindədir:

"Beja Air Show festivalında "Yakstars" hava akrobatika komandasının iki təyyarəsi uçuş zamanı toqquşub. Bir nəfərin öldüyü və bir yaralının olduğu bildirilir".

Qeyd edilib ki, təyyarələrdən biri qəzaya uğrayıb, digərini isə havada tənzimləmək və təhlükəsiz yerə endirmək mümkün olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
19
ikisahil.az

10Mənbələr