AZ

Biz sonadək şansımızı qoruduq, amma alınmadı

“Finalda “Qarabağ”a qarşı oynamaq çətindir. Biz sonadək şansımızı qoruduq, amma alınmadı”.

Bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis futbolçuları meydanda göstərdikləri oyuna görə təbrik edib:

“Onların finalda və kubokda etdiklərini ayrı qiymətləndirmək istəyirəm. Birinci hissədə meydanda taktiki savaş getdi. Rəqib hissənin sonlarında ilk təhlükəli hücumda qol vurdu. İkinci yarıda daha çox pressinq etməyə çalışdıq və meydanda açıq futbol getdi”.

R. Sadıqov bu görüşün oyunçulara xeyir verəcəyini bildirib: “Bu matç böyüməyimizə səbəb olacaq. Avropa Liqasında eyni istəyə ehtiyacımız var. Hər komanda Avrokubokda iştirak etmək istəyir. Bizim də güclənməyə ehtiyacımız var. Bunun üçün işlərə də start vermişik”.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
12
news365.az

10Mənbələr