AZ

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Səudiyyə Ərəbistanı İsveçrədə Ukrayna üzrə keçiriləcək "Sülh sammiti"ndə iştirak etmək niyyətində deyil.

 

Sfera.az report.az-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi Ər-Riyaddakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, iyunun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski 15-16 iyunda İsveçrədə keçiriləcək qarşıdakı görüşdə dəstək almaq niyyəti ilə Səudiyyə Ərəbistanına səfər etmək istəyib.

 

Lakin indi onun Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb və yalnız konfransdan sonra baş tuta bilər. Ər-Riyad hələlik bu məlumata münasibət bildirməyib.

 

Qeyd edək ki, Ukrayna üzrə Sülh Sammiti iyunun 15-dən 16-dək İsveçrədə keçiriləcək. Ümumilikdə Ukrayna və İsveçrə tədbirə 150-dən çox ölkə dəvət edilsə də, Rusiya dəvət almayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
sfera.az

10Mənbələr