AZ

"Qarabağ" Azərbaycan Kubokunun qalibi oldu

Azərbaycan Kubokunun finalında keçiriləcək “Qarabağ” – “Zirə” oyunu üçün heyətlər bəlli olub.

Turkustan.az xəbər verir ki, komandalar meydana aşağıda qeyd olunan “11-lik”də çıxacaqlar.

“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.

“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli.

Qeyd edək ki, görüş 20:00-da start götürəcək.

***

Final matçı Bakı vaxtı ilə 20:04-də start götürüb.

***

44-cü dəqiqədə "Qarabağ"ın oyunçusu Juninyo hesabı açıb: 1 - 0.

***

58-ci dəqiqədə "Zirə"nin oyunçusu İsmayıl İbrahimli hesabı bərabərləşdirib: 1 - 1.

***

62-ci dəqiqədə "Qarabağ" hesabda yenidən önə keçib. Abdullah Zubir ikinci topu "Zirə"nin qapısından keçirib: 2 - 1.

***

Beləliklə, "Qarabağ" "Zirə"yə qalib gələrək, ölkə kubokuna sahib olub.

"Qarabağ" səkkizinci dəfə ölkə kubokunda qızıl medallara sahib çıxıb./axar.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
10
turkustan.az

10Mənbələr