AZ

Əli kombaynın çarxına düşən Göyçay sakini ağır yaralandı

Göyçayda 25 yaşlı oğlanın əli kombaynın çarxına düşüb.

"Unikal"ın məlumatına görə, hadisə Üngütlü kəndi ərazisində baş verib.

Ehtiyatsızlıq nəticəsində 1999-cu il təvəllüdlü Kazımov Turan Sərdar oğlunun əli kombaynın çarxına düşərək ağır xəsarət alıb.

Yaralı əvvəlcə Ucar rayon  xəstəxanasına  çatdırılıb. İlkin  tibbi yardım aldıqdan sonra o, Göyçay rayon xəstəxanasına köçürülüb.

Ehtiram Muradov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
8
unikal.az

10Mənbələr