AZ

SOCAR-a qarşı aksiyanın hədəfi Azərbaycan - Türkiyə qardaşlığıdır

Ötən günlərdə mediada bir qrup şəxsin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ofisinə hücumu ilə bağlı xəbərlər yayılıb.
Kadrlarda həmin şəxslərin şirkətin binası qarşısında vandalizm aktı törədərək ofisin giriş qapısı və şüşələrini qırmızı rəngə boyaması əks olunub.
Vandallar öz əməllərinə Azərbaycanın xarici siyasət kursu ilə bəraət qazandırmağa çalışsalar da, aksiyanın əsl mahiyyəti tamamilə başqadır.
Hamı yaxşı bilir ki, belə aksiyalar adətən onları təşkil edənlərin çirkin məqsədlərinə xidmət edir, ictimai fikrə, hətta dolayısı ilə dövlətlərin xarici siyasətinə belə, təsir göstərməyi hədəfləyir. Bu baxımdan SOCAR-ın Türkiyədəki təmsilçiliyinə qarşı keçirilən aksiya da istisna deyil.
Bu aksiya və onun ətrafındakı informasiya təbliğatı Türkiyədə kök salmış bəzi İranpərəst dairələr tərəfindən dəstəklənən qruplaşmalar tərəfindən aparılır. Burada məqsəd, sadə dillə desək bir güllə ilə iki dovşanı vurmaqdır.
Türkiyədəki İrana meyilli qüvvələrin məqsədi, ilk növbədə Azərbaycan -Türkiyə qardaşlığının nümunəsi olan SOCAR-ı və bütövlükdə qardaş Azərbaycanı Türkiyə ictimai rəyində ləkələmək və nüfuzdan salmaqdır. Digər təfərdən, analoji aksiyalar vasitəsilə onun təşkilatçıları Azərbaycanın dünya miqyasındakı imicinə və nailiyyətlərinə xələl gətirməyə çalışırlar.
Odur ki, istər Türkiyə, istərsə də Azərbaycan ictimaiyyətinin hazırda SOCAR-a və bütövlükdə ölkəmizə qarşı aparılan bu qaralama kampaniyasının əsl mahiyyətini gördüklərinə, buna uyğun olaraq da düzgün nəticələr çıxardıqlarına şübhə etmirik.
Rüfət Rzayev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
50
oxu.az

10Mənbələr