AZ

İfrat sağçılar Netanyahu hökumətini SÜQUTLA HƏDƏLƏDİLƏR

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və İsrail Maliyyə Nazirliyinin rəhbəri Bezalel Smotriç ABŞ-ın sülh planının qəbul olunacağı təqdirdə baş nazir Benyamin Netanyahunu hökumətin dağılacağı ilə hədələyiblər.

"Ölkə.az" xəbər verir ki, bu barədə RBC nazirlərin sosial şəbəkələrdəki paylaşımına stinadla yazır.

“Belə bir razılaşma ilə razılaşmaq mütləq qələbə deyil, mütləq məğlubiyyətdir. Biz HƏMAS-ı tam məhv etmədən müharibənin bitməsinə imkan verməyəcəyik ”, - deyə Ben-Qvir vurğulayıb.

Nazirin sözlərinə görə, onun rəhbərlik etdiyi Otzma Yehudit partiyası saziş qəbul edildikdən sonra hökuməti buraxacaq. Smotrich, razılaşmanın qəbul ediləcəyi təqdirdə hökuməti tərk etmək qərarı haqqında Netanyahuya məlumat verdiyini söyləyib.

İyunun 1-də ABŞ prezidenti Co Bayden İsrailə HƏMAS ilə razılaşma planını təklif edib, bu plan İsrail qoşunlarının Qəzza zolağından bütünlüklə çıxarılması və fələstinlilərin Qəzzaya qayıtması müqabilində bütün girovların azad edilməsini nəzərdə tutur. Buna cavab olaraq Netanyahu Qəzzada daimi atəşkəs şərtlərinin dəyişməz qaldığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
seherxeber.org

10Mənbələr