AZ

Braziliyada daşqınlar - 171 nəfər öldü

Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul ştatında daşqın qurbanlarının sayı 171 nəfərə çatıb.

Bu barədə regionun Mülki Müdafiə Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, mayın əvvəlindən davam edən leysan və daşqınlar nəticəsində 43 nəfər hələ də itkin düşüb. Daşqınlar başlayandan bəri 618 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Ümumilikdə, təbii fəlakətdən 2,4 milyon insan zərər çəkib.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
28
cebheinfo.az

10Mənbələr