AZ

Bu gün 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verir

Bakı. Trend:

İyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisasqrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.

DİM-dən Trend-əbildirilib ki, I ixtisas qrupu üzrə imtahanda 30058, IV ixtisasqrupu üzrə imtahanda isə 5908 nəfər olmaqla, ümumilikdə 35966abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirakedəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahanbinalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmişşəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətliabituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün dəşərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdudiştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlimkeçirilib.

Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt,Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan,Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunanimtahan saat 10:00-da başlanacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçünbinaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahaniştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Onagörə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtdagəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədlərigətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamamolmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət MiqrasiyaXidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusualmış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4smölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanın keçirilməsi üçün şəhər və rayonlarda ümumilikdə 149bina, 2657 zal ayrılıb. İmtahanların idarə olunmasına 149 ümumiimtahan rəhbəri, 436 imtahan rəhbəri, 3312 nəzarətçi, 467 buraxılışrejimi əməkdaşı, 149 bina nümayəndəsi cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
49
az.trend.az

10Mənbələr