UEFA Çempionlar Liqasının 2023/24 mövsümünün qalibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, finalda "Borussiya"nı (Dortmund) 2:0 hesabı ilə məğlub edən "Real" bu ada sahib çıxıb.

Madrid təmsilçisinin qələbəsi Azərbaycan çempionu "Qarabağ"ın işinə yarayıb. Belə ki, "Kral klubu" çempion olduğu üçün Ağdam təmsilçisi Çempionlar Liqasının 2024/25 mövsümünə II təsnifat mərhələsindən başlayacaq.