AZ

Külək daha da güclənəcək - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən narıncı və sarı xəbərdarlığa əsasən hazırda Bakıda və Abşeron yarımadasında və ölkənin bəzi rayonlarında güclü küləkli hava şəraiti hökm sürür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Teleqraf.com-a açıqlamasındaküləyin daha da güclənəcəyini nəzərə alaraq vətəndaşlar ehtiyatlı davranmağı tövsiyə edib.

O qeyd edib ki, güclü küləklə müşayiət olunan hava şəraitinin fəsadlarından qorunmaq olduqca vacibdir və vətəndaşlarımızı bir daha maksimum dərəcədə diqqətli olmağa çağırırıq.

"İlk növbədə, uşaqları küləkli havada nəzarətsiz buraxmamaq, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamamaq gərəkdir. Öncədən verilən xəbərdarlıqlara diqqət yetirərək tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərinin altında dayanmayın", - məlumatda qeyd edilib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
1
teleqraf.com

10Mənbələr