AZ

Prezident İlham Əliyev iki fərmanda dəyişiklik etdi

Bakı.TurkicWorld

Prezident İlham Əliyev "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" və "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında" fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

TurkicWorld xəbər verir ki, fərmana əsasən, "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" fərmanın 1–3-cü və 8-ci hissələri ləğv edilib.

"Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında" fərmanın 1.1.5-ci yarımbəndinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunub və 1.2-ci bəndi ləğv edilib.

Bu fərman 2024-cü il iyunun 3-dən qüvvəyə minir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
13
turkic.world

10Mənbələr