AZ

Yaşar Güler: "İran Rəisinin helikopterinin qalıqlarının tapılmasına görə Türkiyəyə təşəkkür edib"

"İran prezident İbrahim Rəisinin qəzaya uğradığı helikopterin qalıqlarının tapılmasında göstərdiyi yardıma görə Türkiyəyə təşəkkür edib".
Bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler yerli KİV-ə müsahibəsində bildirib.
Qeyd edək ki, helikopterin qalıqlarının Türkiyəyə məxsus pilotsuz uçuş aparatlarının tapdığı xəbəri yayılsa da, İran Baş Qərargahı bunu təkzib edib, qalıqları özlərinə məxsus PUA-ların tapdığını bildirib.
Mənbə: Hürriyet
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
294
50
oxu.az

10Mənbələr