AZ

İstirahət günü hava necə olacaq?

Bakı. Trend:

İyunun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərəgörə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkənbuludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gecəyarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı,şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyigünün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 15-20°, gündüz 22-27° olacaq. Atmosfertəzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbirütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağıgözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qarakeçəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəziyerlərdə arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrıyerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20°, gündüz 25-30°, dağlarda gecə9-13°, gündüz 13-18° olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
22
az.trend.az

10Mənbələr