AZ

“Əl-Hilal“ Ronaldunun komandasını məğlub edərək kuboku qazandı FOTO/VİDEO

Səudiyyə Ərəbistanının Kral Kubokunun finalında "Əl-Hilal"la "Ən-Nəsr" qarşılaşıb. Oyun birincilərin meydanında - Ciddə şəhərindəki "King Abdullah Sports City" stadionunda keçirilib.

Matçın 7-ci dəqiqəsində "Əl-Hilal"ın hücumçusu Aleksandr Mitroviç hesabı açıb. 56-cı dəqiqədə "Ən-Nəsr" azlıqda qalıb. 87 və 90+1-ci dəqiqələrdə isə ev sahiblərinin iki oyunçusu meydandan qovulub. Qırmızı vərəqələrin arasında - 88-ci dəqiqədə qonaqlardan Yahya bərabərlik qolu üçün imkan tapıb.

Əsas vaxt sülhlə bitdiyindən əlavə vaxta ehtiyac yaranıb. Burada da komandalar fərqlənə bilmədiklərinə görə, qalibi penaltilər seriyası müəyyən edib. Daha dəqiq olan "Əl-Hilal" Səudiyyə Ərəbistanı Kral Kubokunun sahibi olub - 1:1 (5:4 pen).

"Ən-Nəsr"in ulduz futbolçusu Kriştianu Ronaldu bütün oyun boyu meydanda olub və yalnız penaltilər seriayasında fərqlənib. Lakin bu, onun komandasına kifayət etməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatının yekunlarına görə, "Əl-Hilal" birinci, "Ən-Nəsr" ikinci olub.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
2
news365.az

10Mənbələr