AZ

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Bakı. Trend:

Mayın 31-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yenitərkibdə ilk iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindənbildirilib.

İclasda İctimai Şuranın sədri, sədr müavini və katibiseçilib.

Yeni dönəmdə sədr pedaqogika üzrə elmlər doktoru, Bakı DövlətUniversitetinin professoru, Müasir Psixoloji Dəstək İctimaiBirliyinin nümayəndəsi Hikmət Əlizadə, sədr müavini “Yuva”Humanitar Mərkəzi İctimai Birliyi və “FemACT” Azərbaycan QadınFondunun təsisçisi Pərvanə Məmmədova, katib isə Azərbaycan GəncMüəllimlər Assosiasiyasının nümayəndəsi Günay Əkbərova olacaq.

İclasda İctimai Şuranın fəaliyyət istiqamətləri ətraflı müzakirəedilib, Fəaliyyət Planının hazırlanması qərara alınıb.

Qeyd edək ki, mayın 22-də Elm və Təhsil Nazirliyi yanındaİctimai Şuraya seçkilər keçirilib. Namizədliyini irəli sürmüş 19nəfərdən 11-i səs çoxluğu ilə Şuraya üzv seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
23
az.trend.az

10Mənbələr