AZ

"Muradoğlu İnşaat" işçi axtarır - MAAŞ 800-1200 MANAT - VAKANSİYA

Muradoğlu İnşaat

Satınalmalar üzrə mütəxəssis

Son tarix 01 iyl 2024 - [email protected]

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: 1-3 il 

Əmək haqqı: 700-1200 

İş qrafiki: 5 günlük (09:00 – 18:00)

Vəzifə öhdəlikləri:

  • Portfelində olan şirkətlərin satınalma fəaliyyətinin  yoxlanılması və alışlara nəzarət
  • Alışların aylıq analizləri və hesabat formasının hazırlanıb təqdimatı
  • Lazımi materialları / xidmətləri  xarici bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
  • Logistikanın təşkili üçün şirkətlərə dəstək və qiymət araşdırılması
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Tədarükçülərlə müqavilələrin bağlanmasına portfelindəki olan şirkətlərə dəstək;
  • Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
  • Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatların hazırlanması
  • Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi
  • Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
  • Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.

Namizədə tələblər:

  • Ali təhsil : maliyyə, təchizat üzrə 
  • Kompüter bacarıqları: MS Office proqramları (Excel proqramını mükkəməl bilməli)
  • İngilis, Rus və Azərbaycan dillərini (şifahi və yazılı) mükəmməl bilmə

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını e-mail ünvanına 30.06.2024 cü il tarixinə qədər mövzu yerində “satınalma üzrə mütəxəssis” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
fed.az

2Mənbələr