AZ

"Ukraynanın özünümüdafiə üçün Rusiyaya zərbələr endirmək hüququ var" - NATO-nun baş katibi

"Bayden administrasiyası Ukraynaya Rusiya ərazisinə ABŞ-ın verdiyi sılahla zərbələr endiməyə gizli icazə verib..."
 
NATO-nun getdikcə daha çox üzv-dövlətləri öz silahları ilə Rusiyaya zərbələr endirməyə icazə verir, lakin bu zaman Ukrayna Silahlı Qüvvələri  üçün hansı şərtlərin irəli sürülməsi barədə deyilmir
 
NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək hüququ var və getdikcə daha çox müttəfiq ölkələr bununla razılaşır. 
 
Moderator.az xəbər verir ki, bu barədə Stoltenberq nazirlərin görüşündə bəyan edib. 
 
"Ukraynanın özünümüdafiə hüququ var və buraya Rusiya ərazisindəki hədəflərə zərbələr endirilməsi də daxildir. Bu, Xarkov vilayətində yeni cəbhənin açılması fonunda daha da aktuallaşır", - Alyansın baş katibi deyib.
 
Stoltenberq qeyd edib ki, onun əminliyi bununla bağlıdır ki, USQ-nin Rusiyaya zərbələri müdafiə xarakteri daşıyır. 
 
"Ukraynanın müdafiə olunması üçün cavab zərbələr endirmək hüququ olmalıdır", - o vurğulayıb. 
 
Baş katib ayrıca olaraq vurğulayıb ki, səmərəli müdafiə üçün Ukrayna NATO-nun ən yeni silahından istifadə etməlidir. NATO-nun getdikcə daha çox üzv-dövlətləri öz silahlarından istifadə etmək üçün Ukraynaya icazə verir. Lakin bu zaman USQ üçün hansı şərtlərin irəli sürülməsi barədə deyilmir. 
 
"Biz gözləyirik ki, Rusiyaya endirilən zərbələr məsuliyyətlə həyata keçiriləcək", - Stoltenberq deyib. 
 
Qərb silahı ilə Rusiya ərazisinə zərbələr
 
ABŞ Ukrayna ordusuna Rusiya ərazisindəki hədəflərin onu təhdid etdiyi halda Amerikanın HHM vasitətələrindən istifadə edilməsinə icazə verib. 
 
"The Washington Post" nəşri Ağ Ev məmuruna istinadən yazıb ki, Ukrayna üçün "Rusiya ərazisi üzərində Rusiyanın raket və ya qırıcılarının Ukrayna üçün təhlükə törədəcəyi halda ABŞ tərəfindən verilən HHM vasitlərinin istifadəsi üçün heç bir məhdudiyyətlər yoxdur.
 
Dünən bir sıra KİV-lər məlumat verib ki, Bayden administrasiyası Ukraynaya Rusiya ərazisinə ABŞ-ın verdiyi silahdan istifadə etməklə zərbələr endirmək üçün gizli icazə verib. Hazırda belə zərbələrin Xarkov vilayəti sərhədlərində endirilməsinə icazə verilib. 
 
Fransa prezidenti Emmanuel Makron Olaf Şoltsla birlikdə çıxışında bəyan edib: "Biz ukraynalılara digər mülki və ya hərbi hədəfləri deyil, raketlər buraxılan hərbi obyektləri neytrallaşdırmağa icazə verməliyik".
 
Digər dövlətlər bu barədə daha açıq dəstək verib.
 
Seçilən
120
50
moderator.az

10Mənbələr