AZ

“18 min nəfərə bir ambulans düşür, onlar da tıxaclardan hərəkət edə bilmirlər”

Bakıda 18 min nəfərə bir ambulans düşür, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin mayın 31-də keçirilən yaz sessiyasının son plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Bakıda 139 ambulans fəaliyyət göstərir:

“Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə bir ambulans düşür. Paytaxtda qeyri-rəsmi yaşayanları da buraya əlavə etsək, vəziyyəti təsəvvür etmək çətin deyil. Əhalisi 1.2 milyon nəfər olan Tbilisidə təcili yardım maşınlarının sayı 200-yə yaxındır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
banker.az

10Mənbələr