AZ

Dünyada ən çox satılan mopedin istehsalı dayandırılacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yaponiyanın "Honda" konserni 2025-ci ilin noyabrına qədər mühərrikinin həcmi 50 kub santimetr və daha kiçik, o cümlədən dünyanın ən çox satılan "Super Cub" seriyasından olan mopedlərin istehsalını dayandıracaq.
Bu qərarın səbəbi daha sərt istismar standartlarının və işlənmiş qaz emissiyası tələblərinin tətbiqidir.
Bundan əlavə, elektrik velosipedlərinin, skuterlərin və motosikletlərin geniş yayılması səbəbindən belə mopedlərin satışı indi minimum səviyyədədir.
Hazırda "Honda" 50 kub santimetr və ya daha az mühərrik həcmi olan 15 modeldə moped istehsal edir. İlk "Super Cub" 1958-ci ildə buraxılıb. O vaxtdan bəri, bu mopedlərin təxminən 110 milyonu bütün dünyada satılıb ki, bu da onu dünyanın ən çox satılan mopedinə çevirib.
Mənbə: TASS
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
oxu.az

10Mənbələr