AZ

Ümumdünya Tütünsüz Günündə İçərişəhərdə ziyarətçilər üçün tütün istifadəsi və satışı müvəqqəti olaraq dayandırılıb

Ümumdünya

Bakı, 31 may, AZƏRTAC

Bu gün Ümumdünya Tütünsüz Günü qeyd olunur.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Kommunikasiya və ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, bu qlobal təşəbbüsə dəstək olaraq, İçərişəhərdə ziyarətçilər üçün tütün istifadəsi və satışı müvəqqəti dayandırılıb.

“Saat 12:00-dan 18:00-dək ictimai iaşə obyektlərində və mehmanxanalarda tütün satışı dayandırılaraq, hamı üçün daha sağlam ətraf mühit şəraiti yaratmağa dəstək verilib”, - deyə məlumatda qeyd olunub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
2
azertag.az

10Mənbələr