AZ

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparılıb

Rusiya 75 rus hərbi əsirini geri qaytarıb, 75 hərbi əsir Ukraynaya təhvil verilib
Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparılıb. AYNA xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Qeyd olunub ki, Rusiya 75 rus hərbi əsirini geri qaytarıb, bunun müqabilində isə 75 hərbi əsir Ukraynaya təhvil verilib.
“Danışıqlar prosesi nəticəsində əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş 75 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 75 hərbi əsiri təhvil verilib”, - nazirlikdən qeyd edilib.
Rusiya Müdafiə Nazirliyi Rusiya hərbçilərinin əsirlikdən qayıtması zamanı Birləşmiş Ərəb Əmirliklərinin humanitar vasitəçilik etdiyinə aydınlıq gətirib.

Seçilən
85
1
ayna.az

4Mənbələr