AZ

Ancelina Coli və Bred Pittin qızı rəsmi olaraq atasının soyadından imtina edir

Aktyorlar Ancelina Coli və Bred Pittin qızı Şaylo 18 yaşında atasının soyadından imtina etmək üçün sənədlər təqdim edib.
Qeyd olunur ki, qız adının dəyişdirilməsi proseduruna mayın 27-də başlayıb və indi sadəcə Şaylo Coli olmağı planlaşdırır. Bununla belə, Bred Pittin qızının tələbi hələ də təmin edilməyib, lakin bunun yalnız zaman məsələsi olduğu bildirilir.
Eyni zamanda, insayderə istinadən verilən məlumata görə, Şaylo Pitt soyadını istifadə etməkdən imtina etdiyi üçün bacısı Vivyenin mövqeyinə qarşı çıxıb. O, atasına görə narahat olduğunu bildirib.
Bundan əvvəl Vivyen atasının adını "The Outsiders" adlı müziklin posterindən çıxarmışdı. Lakin qızın soyadının rəsmi şəkildə dəyişdirilməsi ilə bağlı heç bir məlumat yoxdur.
Xatırladaq ki, Ancelina Colinin altı övladı var: oğulları Meddoks Şivan, Paks Tyen və Noks Leon; qızları Zahara Marli, Şaylo Nuvel və Vivyen Marşelin. Onların hamısı Coli-Pitt soyadını daşıyır, baxmayaraq ki, yalnız üçü - Şaylo, Noks və Vivyen Ancelina və 60 yaşlı Bred Pittin bioloji övladlarıdır. 2016-cı il sentyabrın 19-da aktrisa boşanmaq üçün ərizə verib, lakin boşanma prosesi rəsmi olaraq yalnız 2019-cu ildə yekunlaşıb.
Mənbə: TMZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
15
oxu.az

10Mənbələr