AZ

İyun ayının hava proqnozu açıqlandı

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda iyun ayının havaproqnozunu açıqlayıb.

Bu barədə Trend-ə qurumdanməlumat verilib.

Bildirilib ki, iyun ayında yay fəslinin ilk ayı üçün xarakterikolan hava şəraiti və temperatur rejimi səciyyəvidir. Lakin bəzigünlərdə əsasən şimal və qərb ərazlərindən daxil olan siklonlarıntəsiri nəticəsində hava şəraiti qeyri-sabit keçir. Bu təsirtemperatur şəraitində də özünü göstərir. Həmçinin əsasən dağlıq vədağətəyi rayonlarda yüksək temperatur fonunda formalaşan güclükonvektiv hava axınları qısamüddətli leysan yağışlara, ildırım-doluprosesinin yaranmasına şərait yaradır.

Bu ilin iyun ayında ölkə ərazisində havanın orta aylıqtemperaturunun və aylıq yağıntının iqlim normasına yaxın, bəziyerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntınınmiqdarında da bu tendensiyanın olacağı, yağıntının miqdarının iqlimnormasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalolunur.

Birinci ongünlüyün ilk günlərində şimal-qərb küləyiningüclənəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılıkeçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıqtemperaturunun 23-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlimnormasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu19-24 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə isə35-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarınıniqlim normasına yaxın olacağı gözlənilir (norma 9-12 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurrayonlarında havanın orta aylıq temperaturu 22-25 dərəcə istiolacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələrhavanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti,bəzi günlərdə isə 35-38 dərəcə isti olacağı gözlənilir. Aylıqyağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir(norma 21-35 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçininDaşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasınayaxındır. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər18-23 dərəcə isti, bəzi günlərdə isə 29-34 dərəcə isti olacağıgözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxınolacağı gözlənilir (63-130 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanrayonlarında havanın orta aylıq temperaturunun 18-20 dərəcə istiolacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələrhavanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti,bəzi günlərdə isə 28-33 dərəcə isti olacağı gözlənilir. Aylıqyağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir(norma 38-86 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzulirayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə istiolacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədəryüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər27-32 dərəcə isti, bəzi günlərdə 35-38 dərəcə isti olacağıgözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxınolacağı gözlənilir (46-58mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarındahavanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağıgözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 23-28dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağıgözlənilir (norma 18-179 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir,Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan,Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 24-27dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın vəbir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 18-23 dərəcəisti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcə istiolacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasınayaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma12-49 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabadrayonlarında havanın orta aylıq temperaturunun 18-23 dərəcə istiolacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələrhavanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti,bəzi günlərdə 34-36 dərəcə isti olacağı gözlənilir. Aylıqyağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir(norma 29-47 mm).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
44
az.trend.az

8Mənbələr