AZ

“TuranBank”da təyinat olub

“TuranBank” ASC-də Pərakəndə Bankçılıq Departamentinə direktor təyin edilib.

Valyuta.az-ın Banker.az-a istinadən məlumatına görə Pərakəndə Bankçılıq Departamentinin direktoru vəzifəsinə Ramil Qələndərov təyin olunub.

Məlumat üçün bildirək ki, Ramil Qələndərov ümumilikdə bank sektorunda 19 illik təcrübəyə malikdir. O, 2005-ci ildən AccessBank, Bank of Baku, Unibank-da müxtəlif vəzifələrdə çalışmış, 2023-cü ildən sözügedən təyinata qədər isə Rabitəbank-da Retail Bankçılıq Departamentinin direktor müavini vəzifəsini icra edib.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
2
valyuta.az

3Mənbələr