AZ

Güllələnən Baş nazir xəstəxanadan evə buraxıldı - Yenilənib

Mayın 15-də silahlı insident zamanı yaralanan Slovakiyanın Baş naziri Robert Fitso Mərkəzi Slovakiya xəstəxanasından Bratislavaya aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Markiza” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Fitso paytaxtın Müqəddəs Maykl xəstəxanasına göndərilib.

***

“Dennik N” nəşrinin məlumatına görə, Robert Fitsonun ilkin olaraq bildirildiyi kimi xəstəxanada deyil, evdə müalicəsinə davam etdiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Baş nazirin vəziyyətinin getdikcə yaxşılaşdığı bildirib.

Xatırladaq ki, mayın 15-də Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilib. Baş nazirin Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən güllələndiyi məlum olub. O, hadisəni niyə törətməsi haqda açıqlama verib və hökumətin siyasəti ilə razı olmadığından bu addımı atdığını qeyd edib. O, ilk məhkəmə iclasında sui-qəsd etdiyini etiraf edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
2
qafqazinfo.az

2Mənbələr