AZ

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabunçu, Suraxanı, Xətai və Xəzər rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 31.05.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Bu barədə "Qafqazinfo"ya "Azəriqaz" İB-dən bildirilib.

Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin (bir hissəsi), Suraxanı rayonu üzrə Yeni Suraxanı qəsəbəsinin (tam olaraq) və Əmircan qəsəbəsinin Həmid Axundlu ilə Vaqif küçələrinin, Xətai rayonu üzrə Xudu Məmmədov, Cavanşir, Məhəmməd Hadi küçələrinin, Xəzər rayonu üzrə Müslüm Maqomayev, Firdovsi küçələrinin, Xəzər rayonu üzrə isə Bolluq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
11
big.az

10Mənbələr