AZ

Marin Le Pen: “Makronun bu açıqlaması dünya müharibəsinə doğru addımdır”

Emmanuel Makronun Rusiya ərazisinə zərbələr endirmək üçün fransız silahlarından istifadəyə icazə verməsi Parisi Moskva ilə müharibəyə cəlb etmək üçün növbəti addımdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Fransa parlamentindəki Milli Cəbhə fraksiyasının rəhbəri Marin Le Pen bildirib.

“Makronun ordunun göndərilməsi ilə bağlı açıqlamalarından sonra bu elan [Rusiyaya zərbələrin endirilməsi haqqında] bu münaqişənin qızışdırılması istiqamətində əlavə addım olacaq. Mənə elə gəlir ki, Makron Fransanın bu müharibədə tam iştirakını istəyir”, – deyə Le Pen bildirib.

Onun sözlərinə görə, bu cür hadisələr adi fransız xalqı və ölkənin ərazi bütövlüyü üçün təhlükə yaradır.

Siyasətçi vurğulayıb ki, o, Kiyevə müdafiə silahlarının verilməsini dəstəkləyir, lakin onların Ukraynadan kənarda istifadəsinə qarşıdır, çünki bu, yeni dünya müharibəsini yaxınlaşdırır.

Le Penin fikrincə, Moskva ilə Kiyev arasında münaqişəni döyüş meydanında həll etmək mümkün deyil, ona görə də sülh danışıqlarına başlamaq üçün yollar axtarmaq lazımdır. O, Fransanın bunu etməməsindən təəssüfləndiyini bildirib.

Seçilən
116
13
nocomment.az

10Mənbələr