AZ

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Daşkəsəndə

BAYRAQDAR MEDİA – Mayın 30-da Azərbaycan Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Aparat rəhbəri Azad Cəfərli Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin rayondan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.Bu barədə xəbəri BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyindən veriblər.Xəbərdə deyilir ki, “Qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, aqrar sığorta, toxumçuluq, texnika ilə təminat və digər məsələlərlə bağlı olub. Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb”.Vətəndaş qəbulundan sonra Azad Cəfərli Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşərək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və yeniliklər, iş prosesinin təşkili, yazlıq əkinlərin bəyanı prosesi ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.Daha sonra Azad Cəfərli rayonun Yuxarı Daşkəsən qəsəbəsində fermer Bəndər Əsgərovun arıçılıq təsərrüfatı ilə, fermer Etibar Əliyevə məxsus heyvandarlıq təsərrüfatı ilə tanış olub, heyvanların saxlanma və bəslənmə şəraiti, göstərilən baytarlıq xidmətinin keyfiyyəti barədə fikir mübadiləsi aparıb.Qeyd edək ki, 2023-cü ilin sentyabrından sözügedən Nazirliyin vəzifəli şəxsləri bölgələrdə vətəndaş qəbulları keçirir.

Seçilən
76
7
bayraqdar.info

10Mənbələr