AZ

“Kənddən şəhərə” yarmarkası keçiriləcək

BAYRAQDAR MEDİA – İyunun 1-2-də Kənd Təsərrüfatı Nazirliyi paytaxtın Nərimanov rayonunda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil edəcək.Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən verilib.Xəbərdə deyilir ki, ”müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər burada yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaq. Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan alıcılar Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana biləcəklər”.Bildirilib ki, “yarmarkada ümumilikdə 20-dək regiondan 40-dan çox fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək”.Məlumata görə, yarmarkada iştirak etmək istəyən fermerlər ödənişsiz piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaq. İştirak etmək istəyən fermerlər (+994) 50 400 88 99 nömrəli Çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilər.Qeyd edək ki, yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
22
bayraqdar.info

10Mənbələr