AZ

RUR-un 2024-cü il reytinqindəki 8 universitetimiz - ADLAR

“Round University Ranking”in 2024-cü il üzrə nəticələri elan edilib.


Sfera.az xəbər verir ki, “Round University Ranking” 2024-cü il reytinqində ölkəmizin 8 universiteti iştrak edib.

 

Qiymətləndirmə 2023-cü ilin avqust ayına kimi daxil edilmiş məlumatlar əsasında müəyyən edilib.

 

Dünya Universitetləri üzrə reytinqində yer alan universitetlərimizin sıralaması aşağıdakı kimidir:

 

1. Qərbi Kaspi Universiteti (WCU)- 1030-cu yerdən 934 yerə
2. Bakı Dövlət Universiteti (BDU) - 1042 yerdən 962 yerə
3. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) -  1117 yerdən 983 yerə
4. Azərbaycan Universiteti (AU)-  1055 yer (ilk dəfə)
5. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 1094 yerdən 1180 yerə (geriləmə)
6. Azərbaycan Texniki Universiteti (AzTU)- 1196 yerdən 1126 yerə
7. Bakı Biznes Universiteti (BBU) - 1159 yerdən 1142 (geriləmə)
8. Gəncə Dövlət Universiteti (DGU) -  1158 yer (ilk dəfə)

 

Qeyd edək ki, RUR reytinqində universitetlər tədrisin keyfiyyəti (40 faiz), tədqiqatın keyfiyyəti (40 faiz), beynəlmilləşmə (10 faiz) və maliyyə dayanıqlılığı (10 faiz) istiqamətlərində qruplaşdırılan 20 parametrə görə qiymətləndirilir.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
sfera.az

10Mənbələr