AZ

Fransadan növbəti barbarlıq: Cinsi azlıqları dəstəkləməyən futbolçunu cəzalandırırlar

Fransa Liqa 1-inin son turunun oyununda çempionat rəhbərliyi cinsi ayrı-seçkiliyə qarşı kampaniya keçirib və komandalar formaları üçün xüsusi dizayn verib.

Publika.az xəbər verir ki, formanın üzərində qırmızı rənglə “homofobiya” sözünün üstündən xətt çəkilib, aşağıda isə “futbol” yazılıb.

Belə bir loqo “Monako”nun futbolçusu Mohamed Kamara tərəfindən ağ lentlə möhürlənib və oyunçu iki komandanın nümayəndələrinin ümumi fotosunda olmayıb. Futbolçu sağ çiynində Liqa 1-in göy qurşağı loqosunu da örtüb.

Fransa mətbuatının məlumatına görə, LFP-nin İntizam Komitəsi bu hərəkətinə görə Mohamed Kamaranı 10 oyunluq diskvalifikasiya edə bilər. Ancaq xarici ölkələrin futbol federasiyaları, futbolçular, funksionerlər və azarkeşlər Kamaraya dəstək olublar. Onların fikrincə, futbolun və futbolçuların cinsi azlıqlar və digər məsələlərdə istifadə edilməsi doğru deyil. Bu, onların şəxsi seçimi olmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
publika.az

10Mənbələr